İtaliya "Yuventus"unun ulduz futbolçusu Karlos Teves 3 ildən sonra yenidən Argentina millisinə çağırılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
 
Mənbədə qeyd olunur ki, yığmanın baş məşqçisi Xerardo Martino Portuqaliya və Xorvatiya ilə keçiriləcək hazırlık matçları üçün heyəti açıqlayıb. Həmin siyahıda 30 yaşlı hücumçunun da adı var.
 
Qeyd edək ki, Teves son olaraq 2011-ci ildə Uruqvayla keçirilən oyunda millinin formasını geyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp