2016-ci ildə Azərbaycanda  təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədi. Futbolinfo.az xəbər verir ki, AFFA nümayəndələri ilə görüş keçirən qonaqlar  stadionların və otellərin  vəziyyəti ilə tanış olurlar. 
 
Bu gün səhər UEFA nümayəndələri "Bayıl Arena" stadionuna baxış keçiriblər. Qonaqlar daha sonra "Dalğa Arena",  Tofiq Bəhramov adına Respublika stadionu,  İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, “Bakı” klubunun təlim-məşq bazası və Qəbələ şəhər stadionu ilə tanış olacaqlar.
 
(AFFA)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp