FİFA “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. Ali futbol qurumu 2014-ci ilin ən güclüsü adına iddia edən 23 futbolçunun siyahısını müəyyənləşdirib.
 
Dekabrın 1-də isə bu 23 namizəddən yalnız üçü son mərhələdə yarışmaq üçün seçiləcək. 2015-ci il yanvarın 12-də isə planetin ən yaxşı futbolçusunun adı  bəlli olacaq.
 
Namizədlər arasında ən çox "Bavariya" və "Real" futbolçularının adı var. Bu klublar hərəyə 6 futbolçu ilə "23-lük"də diqqət çəkib. Ardınca "Barselona" 4, "Çelsi" 3, "Mançester Yunayted", "Mançester Siti", PSJ və "Yuventus" isə siyahıya cəmi 1 oyunçu göndərə bilib.
 
Ölkə olaraq isə son dünya çempionu Almaniya liderlik edir. 23 nəfərdən 6-ı Bundestimi təmsil edir. Argentina və İspaniyadan 3, Belçika və Fransadan 2, Portuqaliya, İsveç, Kot d`İvuar, Braziliya, Hollandiya, Kolumbiya və Uelsdən isə 1 futbolçu "Qızıl Top" uğrunda mübarizədə yer alıb. 
 
23 nəfərlik siyahını təqdim edirik.
 
 
 
 
Mario Götze (Almaniya, "Bavariya")
Filipp Lam (Almaniya, "Bavariya")
Tomas Müller (Almaniya, "Bavariya")
Manuel Noyer (Almaniya, "Bavariya")
Bastian Şvaynştayger (Almaniya, "Bavariya")
Aryen Robben (Hollandiya, "Bavariya")
Lionel Messi (Argentina, "Barselona")
Neymar (Braziliya, "Barselona")
Xavyer Maskerano (Argentina, "Barselona")
Andres İnyesta (İspaniya, "Barselona")
Qaret Beyl (Uels, "Real")
Kərim Benzema (Fransa, "Real")
Kriştianu Ronaldo (Portuqaliya, "Real")
Toni Kroos (Almaniya, "Real")
Serxio Ramos (İspaniya, "Real")
Xames Rodriqes (Kolumbiya, "Real")
Dieqo Kosta (İspaniya, "Çelsi")
Tibo Kurtua (Belçika, "Çelsi")
Eden Hazard (Belçika, "Çelsi")
Anhel di Mariya (Argentina, "Mançester Yunayted")
Yaya Ture (Kot d`İvuar, "Mancester Siti")
Zlatan İbrahimoviç (İsveç, PSJ)
Pol Poqba (Fransa, "Yuventus")
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp