Futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi axtarışı davam edir. Futbolinfo.az xəbər verir ki, millini müvəqqəti olaraq Mahmud Qurbanova tapşıran rəhbərlik onu sona qədər bu postda saxlamaq niyyətində deyil.
 
AFFA rəhbərliyi milliyə əcnəbi məşqçi gətirməkdə israrlıdı. Bir müddət öncə xəbər verdiyimiz kimi, futbol başbilənlərimiz xorvatiyalı Robert Prosineçki ilə görüşmüşdü. Fransanın paytaxtı Parisdə baş tutan görüşdə tərəflər bütün məsələləri müzakirə edib. Ancaq nəticə olaraq tərəflər ortaq məxrəcə gələ bilməyib və AFFA rəsmiləri Prosineçki dəftərini bağlayıb. 
 
Qeyd edək ki, Prosineçki məşqçi karyerasına 2006-cı ildə başlayıb. O, ilk olaraq vaxtı ilə formasını da geyindiyi Xorvatiya yığmasında məşqçi köməkçisi işləyib. 4 il köməkçi işləyən dünya çempionatının bürünc mükafatçısı 2010-cu ildə ölkəsinin "Srvena Zvezda" klubunun "sükanı arxasına" keçib. 2 il də burada çalışan xorvatiyalı mütəxəssisin son iş yeri Türkiyənin "Kayserispor" klubu olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp