Topaz Premyer Liqasının debütantı “Araz Naxçıvan”ın işləri elə də yaxşı getmir. Futbolinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisinin 9-cu turda səfərdə “Simurq”a 0:4 hesabı ilə uduzması klub rəhbərliyini islahatlar aparmağa məcbur edib.
 
Belə ki, məşqçilər korpusu bir neçə futbolçu ilə yolların ayrılmasına qərar verib. Ötən günlərdə Kamil Nurəhmədov, Elnur Abdulov, Qərib İbrahimov və Elgiz Kərimli ilə yollar ayırılmışdısa, bu dəfə daha bir futbolçu yola salınıb. Bu, klubun legioneri Ruslan Zubkovdu. Ukraynalı müdafiəçi artıq “Araz Naxçıvan”ın düşərgəsini tərk edib.
 
Qeyd edək ki, “Araz Naxçıvan” 8 oyuna yalnız 4 xal yığa bilib ki, bu da debütantın sonuncu pillədə qərarlaşması ilə nəticələnib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp