"Real"ın ikinci komandası "Kastilya"nın baş məşqçisi Zinəddin Zidan və köməkçisi Santyaqo Sançes ağır cəzaya məruz qalıb. Futbolinfo.az xəbər verir ki, İspaniyada Sequnda B divizionunda mübarizə aparan komandanın məşqçiləri ölkə futbol federasiyası tərəfindən cəzalandırılıb.
 
Bir müddət öncə məşqçi lisenziyası olmadığı iddia edilən fransalı mütəxəssis haqda araşdırmalara başlamışdı.
 
"Cenafe" idman məktəbi direktoru tərəfindən federasiyaya şikayət edilən bu iddia artıq təsdiqini tapıb.
 
Buna görə də hər iki məşqçi üç ay müddətinə məşqçilikdən uzaqlaşdırılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp