"Neftçi"nin sabiq qapıçısı Conni Leoni klubu tənqid edib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan isveçrəli qolkiper Bakı klubundakı və Azərbaycandakı şəraitsizlikdən şikayətlənib.
 
O, "Neftçi"də özünü hərbi xidmətdəymiş kimi hiss etdiyini bildirib: "Kipr klubundan ayrıldıqdan sonra ancaq Azərbaycanın "Neftçi" klubu mənimlə maraqlandı. Əvvəl oraya getmək istəməsəm də, birtəhər getdim. İki həftə orada oldum və oradakı oyunçuları anlamadım. Məşq yerlərindən başqa orada heç nə yoxdu. Nə biznes yerləri, nə də restoranlar yoxdu. Sanki hərbi xidmətdə idim. Orada yaşamaq çox çətin idi".
 
Qeyd edək ki, 2013-cü ilin fevralında Kiprin "Omoniya" klubundan "Neftçi"yə keçən 30 yaşlı qapıçı Bakı klubu ilə mövsümün sonuna kimi müqavilə imzalasa da, həmin ilin aprelində "ağ-qaralar"ın düşərgəsindən qaçmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp