Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
AZAL – “Bakı” matçının 77-ci dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunub.
 
“Neftçi” – “İnter”  matçının 61-ci dəqiqəsində  “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp