Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
MOİK – “Lokomotiv” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə”nin futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp