"Dnepr"in futbolçusu Ruslan Rotan Ukrayna kubokunun 1/8 final mərhələsində "Volın"la cavab matçından (4:0) sonra mətbuata maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi söhbət əsnasında son Avropa Liqasının qrup mərhələsi matçındakı "Qarabağ" məğlubiyyətindən (0:1) də danışıb:
 
"Düşünürəm ki, "Qarabağ"la oyunu xatırlamağa ehtiyac yoxdu. Bəli, belə oyunlar olur və buna görə də hamımız məyusuq, başa düşürük. Lakin geriyə qayıtmaq və baxmaq vacib deyil. Qabağa baxmaq lazımdı. Bu gün də yaxşı nəticə qazanıb, növbəti mərhələyə adladıq. Vacib olan budu".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp