Azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi Türkiyənin “Girəsunspor” klubunun yeni yeni çalışdırıcısı bəlli olub. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
 
Mənbədə qeyd olunur ki, PTT 1-ci Liqa təmsilçisi baş məşqçi Məhmət Birincinin istefasından sonra Erkan Sözəri ilə anlaşıb. Rəhbərlik 48 yaşlı mütəxəssislə bütün şərtlərdə razılığa gəlib. Müqavilənin detalları ən qısa zamanda açıqlanacaq.
 
Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin "Trabzonspor", "Gənclərbirliyi", "Fənərbaxça" kimi klublarında çıxış edən türkiyəli çalışdırıcının baş məşqçi olaraq son iş yeri "Orduspor" olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp