Hazırda İsveç "Kalmar"ında çıxış edən Azərbaycan millisinin futbolçusu Emin Nuri zədələnərək, sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Mənbədə qeyd olunur ki, 29 yaşlı müdafiəçi qasıq nahiyəsindən zədələnib. Bu səbəbdən də o, ötən gün İsveç çempionatının 29-cu turu çərçivəsində keçirilən “Melbyu” matçında komandasına kömək edə bilməyib. Nurinin zədəsinin ciddi olub-olmaması, yaxud nə vaxt yaşıl meydanlara qayıdacağı ilə bağlı məlumat verilməyib.
 
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsun bəyənib milliləşdirdiyi Nuri cari ilin 20 avqustunda keçirilən Özbəkistanla yoxlama matçında debüt edib. Elə həmin oyunda da zədələnən müdafiəçi "Kalmar"ın 7 çempionat oyununda (20-ci turdan 27-dək) çıxış edə bilməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp