Xəbər verdiyimiz kimi, Zaqatala səfərindən sonra "Araz Naxçıvan"ın daxili iclası keçirilib və komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəbləri müzakirə olunub. Futbolinfo.az xəbər verir ki, yekun qərara əsasən bəzi futbolçularla komanda qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
 
Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk edən oyunçular olub.
 
Lakin mətbuatda bu futbolçular haqda yazılan məlumatların heç biri həqiqəti əks etdirmir. Çünki bu futbolçuların hər biri "Araz Naxçıvan"ın qazandığı uğurda, eyni zamanda məğlub durumunda bir arada olublar. Klub rəhbərliyi onlarla qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv edib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətdən gələn oyunçularla doldurulub. Yaxın zamanda komanda heyətinə bir neçə yeni futbolçu da dəvət edəcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp