Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın şok görüntüləri Argentina mətbuatına sızıb. Futbolinfo.az xəbər verir ki, daim qalmaqallı hadisələrlə gündəmə gələn ötənlərin məşhur futbolçusu sevgilisi Rosio Oliva ilə mübahisə edərkən görüntülənib.
 
Maradona sevgilisinin onun yanında olarkən telefona baxmasına əsəbiləşib və ona yaxınlaşaraq yumruq vurub.
 
Videoda spirtli içki qəbul etdiyi görülən əfsanəvi futbolçunun bu vəziyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp