"Napoli"nin forvardı Qonsalo İquayn haqda transfer iddiaları yayılmaqda davam edir. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçunun meneceri Nikolas müştərisi haqqında çıxan bu iddialar haqqında yenidən açıqlama vermək məcburiyyətində qalıb:
 
"Qonsalonun son matçda het-trik etməsinə görə sevinirəm. Ancaq heç vaxt onun qolsuzluq seriyasına görə narahat olmamışam. "Arsenal" və "Liverpul"un onunla maraqlanmağı? Qonsalonun "Napoli" ilə 5 illik müqaviləsi var. O, Neapol klubunun futbolçusudu.
 
Heç kim mənimlə əlaqə saxlamayıb. Nə "Liverpul", nə də "Arsenal". Ancaq İquayn "Napoli"yə keçməmişdən öncə "topçular"la danışıqlarımız olmuşdu".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp