"Qalatasaray"ın yeni rəhbərliyi mövsümün əvvəlində heyətdən kənarlaşdırılan kapitan Sabri Sarıoğlunu yenidən komandaya qaytarıb. Futbolinfo.az xəbər verir ki, oktyabrın 25-də yeni prezident seçilən Duyqun Yarsuvat və idarə heyəti intizam şöbəsinə təlimat verərək Sabrinin geri dönməsi barədə göstəriş verib.
 
Bununla da Sabrinin Çezare Prandellinin yox, sabiq prezident Ünal Aysalın göstərişi ilə komandadan uzaqlaşdırıldığı müəyyən olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp