Ötən yay "Stok Siti”yə icarəyə verilən “Barselona”nın forvardı Boyan Krkiç yenidən İspaniyaya qayıtmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, bu haqda "El Mundo Deportivo" nəşri xəbər yayıb.
 
Premyer Liqada oynamaq şansı əldə etmədiyi üçün narazı qalan serb əsilli futbolçu baş məşqçiyə etiraz edib. Mənbənin məlumatına əsasən, İspaniyada "Real Sosyeidad" və "Deportivo" Krkiç üçün təklif göndərmək fikrindədi.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi hesab olunan 24 yaşlı hücumçu "Roma" və “Milan” formaları da geyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp