Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” matçında qonaqların müdafiəçisi Slavik Alxasov zədələnmişdi. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”ın müdafiəçisinin zədəsi ciddi olduğu üçün ilk hissədə Cəmil Hacıyevlə əvəzlənmişdi.
 
Klubdan aldığımız məlumata görə Alxasovun durumu elə də ciddi deyil. Slavik növbəti turda baş tutacaq “Xəzər Lənkəran”la qarşılaşmada iştirak edə biləcək.
 
Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçı oktyabrın 29-da saat 16:00-da start götürəcək. Qarşılaşmanı Rəhim Həsənov idarə edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp