"Volın"ın futbolçusu Ruslan Babenko Ukrayna kubokunun 1/8 final mərhələsindəki "Dnepr" məğlubiyyətindən (0:4) sonra mətbuata maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Dnepropetrovsk klubunun Avropa Liqasının qrup mərhələsindəki "Qarabağ" məğlubiyyətindən (0:1) də danışıb:
 
"Əlbəttə ki, məşqçimiz məyus olacaq. Çünki 0:4 hesabı ilə uduzmuşuq. Rəqib güclüdü, səviyyəlidi. Belə komandalara qarşı oyunda müdafiədə səhv etdinizsə, sizi bağışlamayacaqlar. Rəqib imkanlardan yaxşı istifadə edib, qollar vurdu.  Məncə, "Qarabağ"la Avropa Liqası matçında "Dnepr"in bəxti gətirmədi və uduzdu. Görünür onlar "Qarabağ"a qol vura bilmədilər və həmin matçın heyfini bizdən çıxdılar".
 
Qeyd edək ki, müqavilə ilə "Dnepr"ə məxsus olan Babenko hazırda icarə əsasında "Volın" klubunda çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp