"Çelsi" həkimləri azarkeşlərə şad xəbər verib. Futbolinfo.az xəbər verir ki, “zadəganlar”ın forvardı Dieqo Kostanın komandayla birgə məşqlərə başlamasına icazə verilib. Bu haqda "Sky Sports" xəbər yayıb.
 
Buna baxmayaraq, ispan futbolçu İngiltərə Liqa Kuboku çərçivəsində "Şrusberi"ylə oynanılacaq matçda meydana çıxa bilməyəcək.
 
Xatırladaq ki, Kosta dizaltı vətərindəki zədədən əziyyət çəkirdi. Bununla yanaşı, forvard mədəsindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp