AFFA futbol üzrə milli komandaya məşqçi axtarır. Futbolinfo.az xəbər verir ki, axtarış öz nəticəsini tapanadək yığma Mahmud Qurbanova tapşırılıb.
 
Belə ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveçlə oyunda yığmamızı meydana Qurbanov çıxaracaq. Saytımıza açıqlama verən veteran futbolçu, müxtəlif yığmalarda çalışmış Vəli Qasımov milli ilə bağlı maraqlı fikirlər bildirib:
 
“Hər zaman milliyə yerli məşqçinin başçılıq etməyinin tərəfdarı olmuşam. Amma bir çox məsələlər var ki, burada yerli məşqçinin işləməsi çətindi. Məşqçi üçün sıxlıq yaradırlar. İstərdim ki, yerli məşqçi olsun. Millini hələlik Mahmud Qurbanova tapşırıblar. Ondan çox şey də gözləmək lazım deyil. Hər kəs istəyir ki, milli qalib gəlsin. Mahmud qalib gəlmək üçün hər şey edəcək. Ancaq futbolçuların özündən çox şey asıldı. Meydana çıxıb 200 faiz oynamalıdılar. Hamı bilir ki, millini Qurbanova 1 oyunluq tapşırıblar. İnanmıram ki, Mahmud qalib gəlsə, yığmada qalsın. Yüz faiz bilir ki, yeni məşqçi axtarırlar. Bunu AFFA-nın özü də deyib. Ad çəkmək istəmirəm. Amma istəsələr, yerli məşqçi tapa bilərlər. Planlar çoxdu. Bu mövsüm bizim üçün artıq başa çatıb. Artıq heç nə edə bilməyəcəyik. Bu mövsümü yola vermək lazımdı. Qarşıdakı mövsümləri fikirləşmək lazımdı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp