Topaz Premyer Liqasının ilk dövrəsi geridə qaldı. Artıq sabahdan etibarən fasilə verilmədən ikinci dövrəyə start veriləcək. Saytımıza danışan veteran futbolçu Vəli Qasımov ilk dövrədə komandaların çıxışını dəyərləndirib:
 
"Bəzi klublarda çox fərq var. Altılıqdan kənarda qalan klublar sabit oyun nümayiş etdirə bilmir. Yuxarıda gedən klublar isə bərabər səviyyəli oyun nümayiş etdirirlər. Maraqlı mübarizəni şahidi oluruq".
 
“Qarabağ” öz sistemini tapıb”
 
“Ağdam klubu çoxdandı hazırlaşır. “Qarabağ” öz sistemini tapıb. Bununla da oynayır.  Digər klublar sabit oynamasa da, “Qarabağ”da bu iş öz qaydasındadı.  Klubun Avropa Liqasında da uğurlu çıxış etməsinin səbəbi də bundadı”.
 
“İnter”in çempionluğunu görmürəm”
 
“İnter” yaxşı komandadı. 2-3 ildi ki, pis oynamır. Sadəcə, futbolun gözəlliyi çatmır. “Qarabağ” gözəl futbol sərgiləsə də, “İnter” müdafiəyə üstünlük verir. Düzü, “İnter”in çempionluğunu görmürəm. Qışda yeni futbolçular gətirsə, o zaman çempionluq haqda danışmaq olar”.
 
“Qəbələ”nin transferləri uğurlu deyil”
 
“Fikir verirəm, “Qəbələ”də futbolçuları məşqçi seçir. Əcnəbi futbolçuların çoxu Azərbaycana gəlmir. Hər oyunçu bura gəlib, adaptasiya ola bilmir. “Qəbələ”nin bu mövsümkü transferlərinin hamısı uğurlu deyil. Oynamayan, ehtiyatda oturan futbolçu kluba lazım deyil. Beləsini heç gətirməsən də olar. Ən yaxşı halda yerli futbolçu ehtiyatda oturmalıdı. Bu klubda ehtiyatda oturan futbolçuların çox legionerlərdi”.
 
“Neftçi”yə vaxt lazımdı"
 
“Arif Əsədov komandaya yeni gəlib. Klubu tanısa da, ona vaxt lazımdı ki, öz sistemini tədbiq edə bilsin. Bilirsiz ki, “Neftçi” hər oyunu başqa təzrdə oynayır. Mənə elə gəlir ki, bu komandaya vaxt lazımdı".
 
“Xəzər Lənkəran”da problemlər var"
 
“Düzü, heç kim başa düşə bilmir. “Xəzər Lənkəran”da da yaxşı şərait yaradılıb. Bu qədər oyunçu gəlib-getsə də, sabit oyunları yoxdu. Klubun içində nəsə problemlər var ki, çempionatda da belə çıxış edirlər. Halbuki, yaxşı futbolçuları var".
 
“Sumqayıt” cavanlar, “Bakı” problemlər klubudu”
 
“Sumqayıt”da futbolçuların çoxu cavandı. “Kimyaçılar” cavan klubların yetişdiyi komandadı. “Bakı”nın problemi böyükdü. Bir komanndada maaşlar verilməyəndə futbolçular meydanda 100 faizlik güclə oyanmırlar. Problemlər deyəsən, qurtarmaq bilmir. Belə getsə, klub öz oyununu tapa bilməyəcək. “Bakı”nın altılığa düşməsinə də inanmıram".
 
“Simurq”un çempionluq heyəti yoxdu, AZAL-ın büdcəsi azdı, “Araz Naxçıvan” isə güclənməlidi”
 
“Simurq”un oyunlarına baxmışam. Pis komanda deyil. Amma çempionluq heyətləri yoxdu. Buna baxmayaraq, kollektiv oyun sərgiləyə bilirlər. İstənilən rəqibə qarşı mübarizə apara bilirlər. İnanıram ki, hər komandaya başağrısı ola bilər. AZAL-ın isə büdcəsi azdı. Mövsümə yaxşı başlamasa da, tədricən özlərinə gələcəklər. “Araz Naxçıvan” yeni komandadı. Hər kəs gözləyirdi ki, çempionata zəif başlayacaqlar. Futbolçuların təcrübəsi yoxdu. Premyer Liqada çox az futbolçuları çıxış edib. Komanda yeni futbolçularla güclənməlidi. Bundan sonra nəyəsə ümid etmək olar". 
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp