Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci dövrəsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
 
Dövrənin ilk oyun günü liderlər – “Qarabağ”la “İnter” arasında mərkəzi oyunla əlamətdar olacaq. Amma ikinci dövrənin açılış turunun qapanış matçından öncə digər oyunlar haqda söhbət açmaq istərdik.
 
Elitanın debütantı “Araz Naxçıvan” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. İlk dəfə cari mövsüm qarşılaşan rəqiblər tarixlərində 1-ci dəfə Naxçıvanda qarşılaşacaq. İndiyədək baş tutan yeganə qarşılaşmada “Qəbələ” 1 qolla qalib gəlib. Naxçıvanlılar indi həmin yenilginin qisasını almağa çalışacaq. Amma bu, heç də asan olmayacaq. Çünki rəqib "Araz Naxçıvan"dan fərqli kifayət qədər güclü heyətə malikdi və iddiaları da böyükdü. Əsgər Abdullayevin komandası isə cari mövsümün aşkar autsayderinə çevrilib və bu oyunda da xal qazanması çox çətin görünür.
 
Bu oyunla eyni vaxtda “Bakı” “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasındakı 48-ci paytaxt derbisində favorit "Neftçi"di. Çünki maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar"la müqayisədə "ağ-qaralar" hazırda da kifayət qədər güclü və iddialıdılar. Amma Arif Əsədovun komandasının asan qələbə qazanacağını da gözləməyə dəyməz. Hər halda bu heyətlə də bir neçə sürprizə imza atan, son turda AZAL üzərində qələbəyə sevinən İbrahim Uzuncanın yetirmələri "Neftçi"dən cəmi 4 xal az (10 xal) toplayıblar. Derbidə qalib gələcəkləri halda isə bu fərq minimuma da enə bilər. Paytaxt təmsilçiləri arasında son 5 oyunda meydan sahibi olan komanda qalib gəlir. Son iki görüşdə 1 qolla sevinən “Neftçi” ümumi balansda da böyük üstünlüyə malikdi. Belə ki, geridə qalan 47 oyunndan 27-də "ağ-qaralar", 11-də isə "zolaqlılar" 3 xalı bayram ediblər. Yerdə qalan 9 qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmayıb. Top fərqi də "Neftçi"nin xeyrinədi – 65:40. Xatırladaq ki, ilk dövrədəki oyunda "Neftçi" bu rəqibini çox çətinliklə – 1:0 hesabıyla məğlub etmişdi.
 
Cari mövsümə fırtına kimi başlayan, son turlarda isə ardıcıl uğursuzluqlarla üzləşən "Sumqayıt” bu tur “Xəzər Lənkəran”la üz-üzə gələcək. Aqil Məmmədovun komandası mövsümün əvvəlindəki uğurların təsadüfi olmadığını sübut etmək üçün bu görüşdən qalib ayrılmağa borcludu. Amma cənub təmsilçisinin də işləri yaxşı getmir və Sumqayıtdakı matça yalnız üç xal üçün çıxacaq. Oğuz Çətinin komandası bu oyunda qazanacağı qələbə ilə həm də ilk dövrədə Lənkərandakı 0:1 hesablı məğubiyyəti unutdurmağa çalışacaq. Əvvəlki 11 oyunda üstünlük Lənkəran təmsilçisindədi – 5 qələbə. Sumqayıtlıların cəmi 2 qələbəsi olduğu halda, 4 görüş də sülhlə bitib. Topların fərqində də XL üstündü – 18:11. Cənublular son iki səfər matçından məğlubiyyətsiz qayıdıb. Bu dəfə necə olacağı böyük maraqla gözlənilir. Tərəflərin turnir cədvəlində qonşu olması, sumqayıtlıların cəmi bir xal öndə olması da qarşılaşmaya xüsusi rəng qatan amillərdəndi.
 
Autsayderlər qrupundan qurtula bilməyən AZAL bu dəfə “Simurq”la qarşılaşacaq. Əvvəlki 23 görüşdə AZAL üstünlüyə malikdi. Paytaxt təmsilçisi 8 dəfə, Zaqatala klubu 6 dəfə 3 xalı bayram edib. 9 qarşılaşmada isə tərəflər meydandan 1 xalla ayrılıblar. Bakılılar son 4 qarşılaşmada qol vura bilməyib. Baxmayaraq ki, top fərqində də bu komanda öndədi – 26:23.
 
Turun qapanış və mərkəzi görüşü isə “İnter”lə “Qarabağ” arasında baş tutacaq. 2010-cu ildən sonra “Qarabağ”a qalib gələ bilməyən “İnter” 16 oyundu qələbə həsrətindədi. Baş tutan 40 qarşılaşmada Ağdam təmsilçisi qələbə sayında ikiqat üstünlüyə malikdi – 18 qələbə. "Bankirlər" isə cəmi 9 görüşdə 3 xala sevinə bilib. Qalan 13 görüşdə də heç-heçə qeydə alınıb. Təbii ki, top fərqində də ağdamlıların böyük üstünlüyü diqqət çəkir – 46-26. Bu görüşdə Ağdam təmsilçisi liderliyini qorumağa, paytaxt klubu isə yenidən zirvəyə qayıtmağa çalışacaq.
 
Topaz Premyer Liqası
10-cu tur

29 oktyabr
 
14:00. Araz Naxçıvan – Qəbələ
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Naxçıvan Muxtar Respublika stadionu.
 
14:00. Bakı – Neftçi
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
16:00. Sumqayıt – Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt. “Kapital Bank Arena”.
 
17:00. AZAL – Simurq
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “AZAL Arena”.
 
18:00. İnter – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.
 
1
8
5
2
1
14-8
17
2
9
4
4
1
20-4
16
3
9
4
2
3
10-11
14
4
8
4
2
2
6-7
14
5
9
4
1
4
13-8
13
6
9
4
0
5
11-14
12
7
9
3
2
4
11-9
11
8
9
3
1
5
7-19
10
9
8
2
3
3
7-11
9
10
8
1
1
6
7-15
4
 
Bombardirlər:
6
– Rəşad Eyyubov (Simurq)
5 – Mikel Alvaro (İnter)
4 – Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp