Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, futbolçularımız Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
 
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün və hər iki komandanın topladığı xallar bərabər olduğuna görə, turnir cədvəlində yığmaların mövqeyinin müəyyənləşdirilməsi məqsədilə oyunsonrası penalti seriyası təyin olunub. 11 metrlik zərbələri daha dəqiq vuran Bosniya və Herseqovina yığması 4:3 (ümumi nəticədə 5:4) hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, millimiz ilk görüşündə Belçikaya 0:3 hesabıyla uduzmuş, İsveçrəyə 2:1 hesabıyla qalib gəlmişdi.
 
Komandamız qrupunda ilk iki yerdən birinə sahib çıxa bilməsə də, yığmamız ilkin seçmə mərhələdə ən yaxşı göstəriciyə malik üçüncü yeri tutmuş komandalardan biri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
 
U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi
 
Bosniya və Herseqovina – Azərbaycan 1:1 (4:3 – pen.)
Qollar: Denis Zeriç, 11 – Orus İsmayılov, 26.
Penalti seriyası: Zinedin Mustedanagiç,  Mato Staniç, Seid Behram,  Ermedin Demiroviç – Ruslan Bediyev,  Ziya Əzizov, Qara Qarayev.
Qolla nəticələnməyən penaltilər: Denis Zeriç – qapıçı – Hacıağa Hacıyev – kənara, Xəyal Əmirli – qapıçı.
Sarı vərəqələr: Mato Staniç, 31, Zinedin Mustedanagiç, 38 – Xəyal Əmirli, 75.
Hakimlər: Rob Rogers (İrlandiya), Mark Gavin (İrlandiya), Florian Lemaire (Belçika), Jan Krieken (Belçika).
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya).
28 oktyabr 2014-cü il. Saat 19:00. Eisden (Belçika). Patro Eisden stadionu
 
Bosniya və Herseqovina: 1. Valentino Joviç, 2. Sandy Huşiç, 3. Branko Bajiç, 4. Mato Staniç, 5. Nikola Gavriç, 7. Amar Suljiç, (11. Ermedin Demiroviç, 51), 8. Denis Zeriç, 9. Ajdin Mujagiç, 10. Zinedin Mustedanagiç (k), 14. Mirza Mustafiç (18. Seid Behram, 51), 16. Mijo Miletiç.
Ehtiyat oyunçular: 12. Dino Çizmiç, 6. Toni Nikiç, 13. Sandi Ajaniç, 15. Besim Şerbeçiç, 17. Alen Deliç.
Baş məşqçi: Sakib Malkoceviç.
Azərbaycan: 1. Tural Osmanov, 2. Ruslan Bediyev, 5. Xəyal Əmirli, 6. Kazım Birkan, 7. Nicat Süleymanov, 8. Yusif Cəfərov (10. Ziya Əzizov, 80), 9. Qara Qarayev, 11. Orus İsmayılov (21. Fərid Nəbiyev, 78), 13. Hacıağa Hacıyev (k), 14. Kənan Zülfüqarov, 22. Amin Seydiyev (15. Emin Quliyev, 80+2).
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 16. Elçin Əsədov, 19. Ravil Yusifov.
Baş məşqçi: Mirbağır İsayev.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp