FİFA prezidenti Yozef Blatter DÇ-2014-də "Qızıl Top"un Lionel Messiyə verilməsinə yenidən münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bir daha argentinalının haqsız şəkildə bu mükafatı aldığını bildirib:
 
"Bu işlə məşğul olan komitənin qərarını görəndə bir az təəccübləndim. Qərarın yanlış olduğunu düşünürəm. Mütəxəssislər final matçında iştirak edən 10 futbolçunu nəzərdən keçirdiklərini dedilər".
 
Qeyd edək ki, Argentina yığması Dünya çempionatının finalında Almaniyaya 1-0 hesabıyla məğlub olmuşdu. Turnirin ən yaxşı futbolçusu isə Lionel Messi seçilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp