"Atletiko"nun forvardı Mario Mandzukiç sabiq klubu "Bavariya"nın baş məşqçisi Pep Qvardiola haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, ispanla arasında olan münasibətlərin yaxşı olmadığını bildirib:
 
"Qvardiola məni məyus etdi. O, mənə hörmət etmirdi. Almaniya kubokunun finalında oynamağıma imkan vermədi. Mövsümün sonuna yaxın meydana buraxmadığından Bundesliqanın bombardiri ola bilmədim. Əgər mənə desəydi ki, onun stilinə uyğun deyiləm, bu, daha yaxşı olardı. Haynkes məşqçi olanda hər şey daha yaxşıydı və bu, təkcə mənim fikrim deyil. Belə şeylərə layiq deyildim. İki mövsüm ərzində bütün gücümü "Bavariya" üçün ortaya qoymuşdum. O, komandaya gələn kimi hər şey dəyişdi. Onun stilinə öyrəşmək üçün çox çalışdım. Ancaq sonda "Bavariya"da gələcəyimin olmadığını anladım".
 
Qeyd edək ki, Mandzukiç cari mövsümün əvvəlində “Bavariya”dan “Atletiko”ya keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp