Bolqarıstan Futbol Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, Bolqarıstan mətbuatı bu toplantı ərəfəsində ölkənin əsas yığma komandasının baş məşqçisi Lyuboslav Penevin postunda qalıb-qalmamasının müzakirə olunacağını xəbər verirdi. 
 
Amma İK-nın üzvü Nasko Sirakov bəyan edib ki, qurumun son toplantısında millinin baş məşqçisi Lyuboslav Penevin istefası heç müzakirə mövzusu olmayıb: "Penevin qalıb-qalmaması ilə bağlı müzakirələr aparılmadı. Malta ilə oyuna 20 gün qalıb. Belə bir vaxtda baş məşqçi dəyişmək düzgün olmazdı. Həm də Lyuboslavla bağlı problem yoxdu".
 
Qeyd edək ki, Bolqarıstan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupdadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp