FİFA-nın açıqladığı "Qızıl top" mükafatına namizədlərin siyahısı ilə bağlı qeyri-adi hal diqqətdən yayınmayıb. Futbolinfo.az xəbər verir ki, siyahıda Luis Suaresin olmaması diqqət çəkib ki, bu da əbəs yerə deyil.
 
Belə ki, uruqvaylı futbolçu ötən mövsüm Avropada "Qızıl buts" mükafatını qazanmasına baxmayaraq, "Qızıl top"a namizəd olmayıb.
 
Sonuncu dəfə belə hal 2002-ci ildə qeydə alınmışdı. 42 qolla Avropa çempionatlarında bombardir olan "Sportinq"in forvardı Mario Jardel "Qızıl top" mükafatına namizədlərin siyahısında yer almamışdı.
 
Suaresin DÇ-2014-də Kiellinini dişləməsinin ardından aldığı diskvalfikiasiyanın FIFA-nın qərarında böyük rol oynadığı ehtimal edilir. Ancaq Zinəddin Zidan DÇ-2006-nın finalında Materatsiyə kəllə vurmasına baxmayaraq, "Qızıl top"a namizəd olmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp