Madrid "Real”ı BƏƏ-nin "Abu Dhabi İnternational Petroleum İnvestment" şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Futbolinfo.az xəbər verir ki, bununla da, "kral klubu" mühüm gəlir mənbəyi əldə edib.
 
Müqavilənin maliyyə tərəfləri haqqında məlumat verilməsə də, uzun müddətə nəzərdə tutulduğu söylənilir. "Real" muzeyləri, beynəlxalq brendin imici, futbol məktəblərinin fəaliyyətə başlaması və rəqəmsal mediada yayılması yönündə aparılan əməkdaşlıq müqaviləsində yeni stadionun tikintisi də nəzərdə tutulub.
 
Madrid klubunun yeni stadionu artıq 2017-ci ildə istifadəyə verilə bilər. Şirkət, eyni zamanda, stadionun adı ilə bağlı hüquqları əldə edəcəyi də bildirilir. Bunu klub prezidenti Florentino Peres də istisna etməyib.
 
Xatırladaq ki, bir müddət öncə Peres "Real"ın 2013/14 mövsümündə gəlirini  600 milyon avrodan çox olacağını gözlədiyini demişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp