Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bosniya və Herseqovina – Azərbaycan qarşılaşmasını  canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov qarşılaşmadan sonra fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
"İlk növbədə hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı. Bu, bizim üçün önəmli bir uğurdu. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldı. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək”. (AFFA)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp