"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya  ciddi yanaşsınlar. Bundan öncəki turda AZAL meydana rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odu ki, bu oyunda diqqətli olmalı idik. 3:1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm”.
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp