"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çox baxımlı oyun izlədik. Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki durumda “Neftçi” daha güclü komandadı. Amma onlardan geri qalmırdıq. 1:1 hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp