"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdi. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdu. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq,  oyunu sakit izləyə bilərdik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp