"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Oyun barədə hər hansı bir sözüm yoxdu. Gücümüz budu. Premyer Liqaya vəsiqə qazandıqdan sonra biz heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdı ki, onlar komandanı irəli apara bilsinlər. Mənim istəyim budu ki, Naxçıvan futbolu inkişaf etsin”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp