Madrid "Real"ının yarımmüdafiəçisi Xames Rodriqes bombardirlik qabiliyyətini komanda yoldaşı Kriştianu Ronaldoyla müqayisə edib. Futbolinfo.az xəbər verir ki, o, heç vaxt portuqaliyalı qədər qol vura bilməyəcəyini deyib:
 
“Bombardir deyiləm, ancaq qol vurmaq xoşuma gəlir. Mən Ronaldo deyiləm ki, 60 qol vurum. "Real”a bir an əvvəl adaptasiya olmağımın vacib olduğunu bilirdim. Lakin hələ oyunumu inkişaf etdirməliyəm. Ronaldo mənim üçün dünyanın ən yaxşısıdı. O sanki qol maşınıdı. Bu gerçəyi kimsə inkar edə bilməz. Kriştianunun futbolu qədər şəxsiyyəti də mükəmməldi".
 
Xames buy ay “Monako”dan 80 milyon avroya transfer edilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp