Ueyn Runi İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində oynanılacaq Mançester derbisində meydana çıxmaya bilər. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in 29 yaşlı futbolçusunun 3 matçlıq diskvalifikasiya müddəti bitsə də, o, pəncəsindəki zədədən əziyyət çəkir.
 
"Qırmızı şeytanlar" Runi və Falkaonun derbiyə qədər hazır olacaqlarına ümid edirlər.
 
Qeyd edək ki, "Mançester Siti" – "Mançester Yunayted" matçı noyabrın 2-si Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp