"Şalke"nin müdafiəçisi Benedikt Hövedes "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, bu haqda "Goal" portalı xəbər yayıb. Almaniya millisinin üzvü yanvarda mankunyanların heyətinə keçə bilər. Keçid 18 milyon avro dəyərində qiymətləndirilir.
 
Qeyd edək ki, Hövedesin "Şalke" ilə 2017-ci ilə kimi müqaviləsi var. Cari mövsümdə o, Bundesliqada 6 matçda meydana çıxıb və 2 dəfə fərqlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp