"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam. Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündü. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt danışıb, cəzalanmışam. Burada nə var ki? Mən sözümü orada dedim. İndi nəsə münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp