"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Maraqlı oyun oldu. Oyuna yaxşı başladıq, qol da vurduq. İkinci hissədə AZAL bizi cəzalandırdı. Bir qol vurdular. Daha sonra isə avtoqoldan fərqləndilər. Hesab edirəm ki, heç-heçə məntiqli nəticə oldu. Oyun zamanı bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Bunun da üzərində işləyəcəyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp