AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Oyunun ağır keçəcəyini bilirdik. "Bakı" məğlubiyyətindən sonra komandanı oyuna kökləmək asan deyildi. Sevindirici haldı ki, komandam istədiyimiz oyunu oynadı. Komandamı alqışlayıram. Ona görə alqışlayıram ki, oyunu 0:1 hesablı məğlubiyyətdən 2:1-ə gətirdilər.
 
Oyundan əvvəl iclasımız oldu. Qarşıda fasilə olacaq deyə, qarşıdakı oyunlarda maksimum nəticə qazanmalı idik. Mətbuatda bəzi məlumatlar dolaşır. Amma məni buraya Zaur Axundov və Fikrət Hüseynov gətirib, ancaq onların istəyi ilə klubdan gedə bilərəm. Bu iclas da komandaya dəstək xarakterli idi.
 
Kordobanın potensialına inanıram. Ardıcıl toplar itirdi. O, bu topları itirməməlidi. Toplar itiriləndən sonra müdafiəyə çəkilməli olduq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp