"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çox maraqlı oyunun şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik. Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp