"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çox maraqlı oyun alındı. Ən az qol vuran və ən az qol buraxan komandaya qarşı mübarizə apardıq. Oyunda bircə qol çatışmadı. Hər iki komanda qol vurmağa layiq idi. Biz meydana üç xal qazanmaq üçün çıxmışdıq. Amma heç-heçəni daha ədalətli nəticə sayıram”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp