Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları başa çatıb. İkinci oyun günündə 3 qarşılaşma baş tutub. “Mançester Siti” gözlənilmədən evdə “Nyukasl”a uduzaraq mübarizəni dayandırıb. “Sauthempton” “Stok Siti”dən güclü olub. “Tottenhem” “Brayton”u məğlub etməklə adını 1/4 finala yazdırmağı bacarıb.
 
İngiltərə Liqa Kuboku
1/8 final mərhələsi
 
28 oktyabr
 
Bornmut – Vest Bromviç 2:1
Milton – Şefild Yunayted 1:2
Şrusberi Taun – Çelsi 1:2
Fulhem – Derbi 2:5
Liverpul – Suonsi 2:1
 
29 oktyabr
Mançester Siti – Nyukasl 0:2
Stok Siti – Sauthempton 2:3
Tottenhem – Brayton 2:0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp