Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” növbəti matçını noybarın 6-da keçirəcək. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin növbəti oyununda Ukrayna “Dnepr”ini qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Əldə etdiyimiz məlumata görə “atlılar”ın rəhbərliyi oyun günü azarkeşlərə 15 min “Qarabağ” bayrağının paylanılmasına göstəriş verib. Bu da əvvəlki oyunlarda olduğu kimi tribunalara əlavə rəng qatacaq.