Topaz Premyer Liqasının növbəti turunda "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda bu gün növbəti məşqini keçirib. 
 
Son olaraq "Qəbələ" ilə oyunda zədələnmiş müdafiəçi Slavik Alxasov hələ də fərdi məşqlərlə kifayətlənir. Zədə səbəbindən son iki turda meydana çıxmayan Bəxtiyar Həsənalızadə isə artıq tam sağalıb və kollektivlə birlikdə hazırlaşır.
 
Qeyd edək ki, "Sumqayıt" – "İnter" oyunu noyabrın 2-də saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək.
 
(Klub saytı)
Shares: