Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” noyabrın 6-da növbəti ev oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu qrupunun 4-cü matçında Ukrayna “Dnepr”ini qonaq edəcək.
Artıq ukraynalıların ölkəmizə nə zaman gələcəyi də bəlli olub. Belə ki, qonaqlar Bakıya oyundan 1 gün öncə, noyabrın 5-də gələcək. Ukraynalılar elə həmin gün saat 18:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda ilk məşqinə çıxacaq. “Dnepr”in baş məşqçisi Miron Markeviç isə bundan yarım saat öncə mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıracaq.