Qətərdə keçirilməsi planlaşdırılan DÇ-2022 haqda polemikalar davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, şərq ölkəsində havanın yayda çox isti keçməsi təşkilatçılar və iştirakçıları indidən düşündürməyə başlayıb. Mundialın qışda keçirilmə iddiaları olsa da, Avropa Klublar Birliyinin (ECA) prezidenti Karl-Haynts Rummeniqqe yeni bir təklif irəli sürüb.
O, DÇ-nin yazda – aprel-may aylarında keçirilməsini məqsədəuyğun hesab edib: "Bizim fikrimizcə, 2022-ci il Dünya çempionatı aprel və ya may aylarında keçirilə bilər. Liqalar iki həftə əvvəl başlasalar, hər hansısa problem yaranmaz".
Avropa Klublar Birliyi DÇ-2022-nin 28 aprel-29 may tarixlərində keçirilməsi fikrini irəli sürüb. Birlik Çempionlar Liqasında 1/16 final mərhələsindəki matçların 4 həftə yox, 2 həftə ərzində oynanılmasını dəstəkləyir. Onların fikrincə, belə olan halda problem ortadan qalxacaq.