İngiltərə Premyer Liqasının X turunda "Mançester Siti" ilə üz-üzə gələcək "Mançester Yunayted" sevindirici xəbər alıb. Komandanın aparıcı hücumçusu Ueyn Runinin son durumuna aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatına inansaq, təcrübəli futbolçu derbidə iştirak edə biləcək.
 
Məşq zamanı zədələnən ingilis futbolçunun qarşıdakı oyuna tam hazır olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Mançester Siti" – "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Shares: