İngiltərənin “Liverpul" klubu qapı xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, mersisaydlar meksikalı Qilyerme Oçoanı izləməyə başlayıb. "Qırmızılar" La Liqada "Malaqa"nın şərəfini qoruyan qolkiperi heyətdə görmək istəyir.
 
İngilislər Oçoanı qış transfer dönəmində 5 milyon funt qarşılığında rənglərinə bağlamağı düşünür. Baxmayaraq ki, Oçoa bu mövsüm "Malaqa"nın heyətində hələ meydana çıxmayıb.
 
Xatırladaq ki, Oçoa ötən yay Andalusia klubuna azad agent kimi gəlmişdi. "Liverpul"un transfer etmək istədiyi qapıçıların siyahısında Kiko Kasilya (Espanyol), Tim Horn (Köln), Asmir Beqoviç (Stok Siti), Mattia Perin (Cenoa) və Vensan Enyeama (Lill) var.
Shares: