"Everton"un baş məşqçisi Roberto Martinez komandanın təcrübəli futbolçusu Samuel Eto`O haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, kamerunlunun yayda komandaya cəlb olunmasını yüksək dəyərləndirib:
 
"Komandada Eto`O kimi təcrübəli futbolçuya malik olmaq futbol tanrılarının hədiyyəsidi. O, gənc oyunçularımız üçün ideal nümunədi. Samuelin bazar günü göstərdiyi oyun ekstra-klass idi. Onun təcrübə və bacarığı avrokubok matçlarında özünü artıq göstərib. "Bernli" ilə görüşdə dubl etməsi karyerasının ən yaxşı vaxtlarını mənə xatırlatdı".
Shares: